Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.
Oxu.Az-ın məlumatına görə, bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb.
Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir.
Xatırladaq ki, hadisə “Ab-hava” restoranında qeydə alınıb.

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə “Yeraz Əhməd” kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.