Lerikdə 25 min manata çəkilən yol 3 gün sonra dağıldı – VİDEO

XƏBƏR XƏTTİ
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü•ABŞ-dən Zelenskiyə istefa tələbi – “Müharibənin bitməsi üçün yeni lider lazımdır”•Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Rusiya Ukraynanın itkilərini yenilədi•Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi – VİDEO•25 il əvvəl törədilən qətllə bağlı birgə məlumat•Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü•ABŞ-dən Zelenskiyə istefa tələbi – “Müharibənin bitməsi üçün yeni lider lazımdır”•Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Rusiya Ukraynanın itkilərini yenilədi•Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi – VİDEO•25 il əvvəl törədilən qətllə bağlı birgə məlumat•

25 min manata yaxın pul verib yol çəkdirdilər, amma üç gündən sonra yol çökdü.

Mecra.az “Xəzər” TV-yə istinadla xəbər verir ki, Lerik rayonun Zövnə kənd sakinləri yaşadıqları kəndin yolunu öz şəxsi hesablarına düzəltmək məqsədi ilə 24 700 manat vəsait toplayıblar və paytaxda fəaliyyət göstərən özəl şirkətlərdən biri ilə danışıb razılığa gəliblər.

Sakinlərin sevinci isə çox çəkməyib. Belə ki, şirkət nümayəndləri kəndə gəlib yolun təmirinə başlayıblar. Lakin görülən işdən bir necə gün sonra yol dağılıb.

Kənd sakinləri bildirirlər ki, işə başlamamışdan əvvəl iş görən şəxs Elşad Qarayev onlara yollarının uzunömürlü olacağını və yolda yarana biləcək problemləri özləri qarşılayacağını bildirsə də, sonra işlərdən boyun qaçırıb.

Məsələdə adı hallanan Elşad Qarayev ittihamları qəbul etməyib.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt