Biləsuvarda olay: Kişi ondan borc istəyən arvadını döydü

XƏBƏR XƏTTİ
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü•ABŞ-dən Zelenskiyə istefa tələbi – “Müharibənin bitməsi üçün yeni lider lazımdır”•Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Rusiya Ukraynanın itkilərini yenilədi•Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi – VİDEO•25 il əvvəl törədilən qətllə bağlı birgə məlumat•Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü•ABŞ-dən Zelenskiyə istefa tələbi – “Müharibənin bitməsi üçün yeni lider lazımdır”•Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara – Cavab•Bakıda binada uçqun – Mənzillərin tavanı çöküb+Yenilənib•Cavid Ağaməliyev həbs edildi•Rusiya Ukraynanın itkilərini yenilədi•Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi – VİDEO•25 il əvvəl törədilən qətllə bağlı birgə məlumat•

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib.

Rayon sakini – 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib.

Bir neçə gün əvvəl O.Səfərov evə gələndə həyat yoldaşı ondan borc istəyib. Bildirib ki, qardaşına pul lazımdır və qısa müddətdə qaytaracaq. Orxan bu məsələdən əsəbiləşib və cütlük arasında mübahisə yaranıb, kişi arvadını döyüb.

Hadisə yerinə polis əməkdaşları gəlib və Orxan saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, iş Biləsuvar Rayon Məhkəməsinə göndərilib. Məhkəmə cütlük arasında barışıq elan edib və cinayət işinə xitam verib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt