Prezidentdən hərbi xidmətlə bağlı SƏRƏNCAM

XƏBƏR XƏTTİ
Azərbaycanda mal əti istehsalı azalıb, idxal isə 50 faizə yaxın artıb•Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb•Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb – Ölən var•Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı – “Salyanski kazarma”da yeyinti•Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı•Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq•Sabahın hava açıqlandı•Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTOLAR•Azərbaycanda mal əti istehsalı azalıb, idxal isə 50 faizə yaxın artıb•Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb•Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb – Ölən var•Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı – “Salyanski kazarma”da yeyinti•Hərbdə yenilik: 1 ildən 2 ilə artırıldı•Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq•Sabahın hava açıqlandı•Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTOLAR•

Vətəndaşların 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçiriləcək.

Mecra.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaq.

Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt