FHN əhaliyə müraciət etdi

XƏBƏR XƏTTİ
Beşinci Gəncə terrorundan 6 il ötür•Füzuli şəhəri günüdür•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Beşinci Gəncə terrorundan 6 il ötür•Füzuli şəhəri günüdür•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•

Fövqəladə Hallar Nazirliyinin hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

Mecra.az müraciəti təqdim edir:

“Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, o cümlədən ayrı-ayrı yerlərdə intensiv yağış yağır, arabir güclənən külək əsir və şimşək çaxır. Belə hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarını təkrar xatırladır.

Belə ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt