“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” – MEDİA

XƏBƏR XƏTTİ
Beşinci Gəncə terrorundan 6 il ötür•Füzuli şəhəri günüdür•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Beşinci Gəncə terrorundan 6 il ötür•Füzuli şəhəri günüdür•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•

“Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, habelə “BBC” yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir”.

Mecra.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır:

“Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.

Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bir daha adı çəkilən media qurumlarını (“The Independent”, “The Guardian” və “BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt