Ödənişli yolda “BMW X6” qəzaya düşdü: Ölən və yaralananların ADLARI

XƏBƏR XƏTTİ
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər•Tələbələrin təqaüdləri artırılacaq?•Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir•“Qarabağ” son dəqiqədə məğlubiyyətdən xilas oldu – YENİLƏNİB•Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Biləsuvarda dəhşətli qəza – Ölənlər var•Bir sıra yollarda görünüş məhdudlaşacaq – Sürücülərin nəzərinə!•Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər•Tələbələrin təqaüdləri artırılacaq?•Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir•“Qarabağ” son dəqiqədə məğlubiyyətdən xilas oldu – YENİLƏNİB•Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Biləsuvarda dəhşətli qəza – Ölənlər var•Bir sıra yollarda görünüş məhdudlaşacaq – Sürücülərin nəzərinə!•

Bakı-Quba yolunda baş verən ağır qəzada ölən və yaralıların adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 31-də gecə saat 1 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 163-cü kilometrliyində – Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində baş verib.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Seymur Fərhad oğlu Bakıxanov “BMW X6″markalı 10-ZY-909 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər – 2002-ci il təvəllüdlü Elton Elşən oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Rauf Teyyub oğlu Bəxtiyarov və 2006-cı il təvəllüdlü Zakir Rasim oğlu Məmmədov xəstəxanaya yerləşdirliblər. E.Əsgərov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hazırda digər xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verib.

Ödənişli yolda sürücü “BMW X6” markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Eltun Əskərov ölüb, avtomobildə olan beş nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt