Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər

XƏBƏR XƏTTİ
Hikmət Hacıyev həmin tarixdən yazdı•Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər•Tələbələrin təqaüdləri artırılacaq?•Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir•“Qarabağ” son dəqiqədə məğlubiyyətdən xilas oldu – YENİLƏNİB•Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Biləsuvarda dəhşətli qəza – Ölənlər var•Hikmət Hacıyev həmin tarixdən yazdı•Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər•Tələbələrin təqaüdləri artırılacaq?•Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir•“Qarabağ” son dəqiqədə məğlubiyyətdən xilas oldu – YENİLƏNİB•Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Biləsuvarda dəhşətli qəza – Ölənlər var•

Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir.

Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təklif reallaşdırıla bilərmi?

Mecra.az Globalinfo.az-a istinadən xəbər verir ki, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənlinin dediyinə görə, bu təklif həm də milli təhsil sistemində keyfiyyət, bərabərlik prinsiplərinin təmin olunması baxımından strateji və əsaslı addımdır:

“Məktəbəqədər hazırlığın könüllü olması birinci sinfə başlayan uşaqlar arasında idrak, sosial, emosional və ibtidai akademik bacarıqlar baxımından ciddi fərqlər yaradır. Bu isə sonrakı tədris prosesində müəllimlər üçün əlavə çətinliklərə, şagirdlər arasında bilik və adaptasiya fərqlərinin yaranmasına səbəb olur. Erkən yaş dövrü uşağın psixoloji və əqli inkişafının ən mühüm mərhələlərindən biridir. Bu mərhələdə sistemli təhsil mühitindən kənarda qalan uşaqlar məktəbə uyğunlaşma, ibtidai oxu və yazı, eləcə də məntiqi düşüncə bacarıqlarının mənimsənilməsi baxımından həmyaşıdlarından geri qala bilirlər”.

Ekspert bildirib ki, dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri hər bir vətəndaş üçün bərabər başlanğıc imkanlarının yaradılmasıdır:

“Bu baxımdan məktəbəqədər hazırlığın məcburi olması təhsildə imkan bərabərliyinin təmin edilməsinə, sosial fərqlərdən asılı olmayaraq bütün uşaqların birinci sinfə eyni baza bilikləri və psixoloji hazırlıqla başlamasına şərait yaradacaq. Təklifin tam və effektiv həyata keçirilməsi üçün müvafiq dövlət qurumları məktəbəqədər təhsil müəssisələrinin infrastruktur imkanlarını genişləndirməli, kadr potensialını gücləndirməli və vahid tədris standartlarının tətbiqini başa çatdırmalıdır. Məktəbəqədər hazırlığın məcburi xarakter alması gələcəkdə daha savadlı, rəqabətədavamlı və bərabər imkanlara malik gənc nəslin yetişdirilməsi istiqamətində təhsil sisteminin atacağı mühüm addımlardan biri olacaq”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt