Bakıda leysan olacaq, rayonlara dolu düşəcək – Xəbərdarlıq

XƏBƏR XƏTTİ
Müstəqilliyimizin bərpasından 35 il keçir•Hikmət Hacıyev həmin tarixdən yazdı•Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər•Tələbələrin təqaüdləri artırılacaq?•Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir•“Qarabağ” son dəqiqədə məğlubiyyətdən xilas oldu – YENİLƏNİB•Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•Müstəqilliyimizin bərpasından 35 il keçir•Hikmət Hacıyev həmin tarixdən yazdı•Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər•Tələbələrin təqaüdləri artırılacaq?•Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan şübhəli bilinir•“Qarabağ” son dəqiqədə məğlubiyyətdən xilas oldu – YENİLƏNİB•Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular•Prezident onu “Şərəf” ordeni ilə təltif etdi•

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Mecra.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt