“Salam Sarvan yaşıyla və özüylə xatırlanan şairlərdən deyil”

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Olduğu yerin şairi də deyil. Salam daha çox misralarıyla xatırlanan və olmadığı yerin şairidir. Bu günlərdə iki şairimiz dünyasını dəyişdi. Sosial şəbəkədə misralar uçuşmalıykən, “allah rəhmət eləsin”lər, “ruhu şad olsun”lar uçuşdu. Əsl şair allahın rəhmətinə bel bağlamayan, ruhunun şad olması üçün yaşamayan adamdır. Çünki o, öz yaradıcılığı ilə allahın səhvlərini düzəldir. İnsan və kainat kamil yaradılsaydı, yer üzündə yaradıcılıq deyə bir anlayışa ehtiyac qalmazdı.

Allah Nəsimiyə rəhm etsəydi, ruhu da şad olsaydı Azərbaycan ədəbiyyatında indi Nəsiminin yerində nəhəng bir sükut səhrası uzanıb gedəcəkdi. Salam özünü bu dünyada sükuta qərq etdi, etməyi bacardı. Həm də oxucularının onun səsini eşitmək istədiyi bir vaxtda. Salam Platonun “Dövlət”indən könüllü çıxıb getdi. Fransızların “lənətlənmiş şairlər”inə qoşuldu. Quranın aşağıladığı “dərələrdə başıpozuq gəzən” şairlərlə dost oldu. Çünki əsl şair sağlığında hörmət yox, lənət qazanmalıdır. Hörmət qazanıbsa, demək ki, ondan gözləniləni yazıb, ədəbiyyatın namını cəmiyyətin şanına satıb.

Salam Sarvan şeir yazdığı üçün cəmiyyətdən şan-şöhrət gözləmədi. Gözləsəydi o da özünü hər gün yenidən qondarmalıydı. Salam özünü qondarmadı. Özünü qondaran şair bütə çevrilir. Biz şairi xalq sevgisiylə dəyərləndiririk, yəni folklorik bir ölçüylə. Halbuki şair xalqa müxalif bir məxluqdur. Yaradıcılıq onun müxalifliyinin adıdır. Azərbaycanda şair kimi yaşamaq çətindir, çünki bizdə uğur məşiət səviyyəsində təsdiqini tapmalıdır. Məişətdə uğursuzsansa, allahın bacısı oğlu olsan da, milli mentalitetimiz səni çıxdaş edəcək. Üstəgəl, biz mədəniyyətin daş, bərk halını sevirik. Çünki mədəniyyətin bərk halı artıq susdurulmuş, təhlükəsiz halıdır.

Salam Sarvan daş olmaqdan, bərk olmaqdan çoxdan imtina etmiş şairdir. O, bizim ədəbiyyatımızın durğu işarəsi deyil, duyğu işarəsidir…

Aqşin Yenisey, yazıçı

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt