Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır

XƏBƏR XƏTTİ
Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Cəlilabadda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Cəlilabadda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini, general-mayor Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib.

“Qafqazinfo”nun məlumatına görə, general-leytenant rütbəsinə layiq görülən A.İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmiş İmamverdi İsmayılovun qardaşıdır.

Qeyd edək ki, A. İsmayılov Azərbaycan Texniki Universitetinin (AzTU) məzunudur.

O, müxtəlif illərdə məsul vəzifələrdə çalışıb. Dövlət qurumlarında rabitə infrastrukturunun inkişafındakı xidmətlərinə görə 2016-cı ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Həmçinin karyerasının önəmli mərhələlərindən biri kimi, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına rəislik edib.

Həmçinin 2023-cü ildən XRİTDX rəisinin müavini postunu tutur. O, dövlət informasiya resurslarının mühafizəsi, süni intellekt və kibertəhlükəsizlik sahələrində strateji tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.

Ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasındakı uzunmüddətli xidmətləri nəzərə alınaraq, 2024-cü ilin aprelində dövlət başçısının Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt