Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr – Anım Günü münasibətilə Cəlilabad şəhərində yerləşən “Nar Bağı” ailəvi-uşaq parkında ağacəkmə aksiyası keçirilib.
Məcra.az xəbər verir ki, aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Aksiya zamanı müxtəlif növ ağac tingləri əkilib, ərazidə genişmiqyaslı təmizlik işləri aparılıb. Mövcud ağaclar budanıb, yeni əkilmiş tinglərin kök boğazları torpaqla doldurularaq suvarılıb.
Keçirilən aksiya Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, şəhər mühitinin daha da gözəlləşdirilməsinə və yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verib.
