Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş – FOTO

XƏBƏR XƏTTİ
Cəlilabadda fərdi yaşayış evi yandı – VİDEO•Yardımlıda məktəb direktoru vəfat etdi•“Sabah”ın futbolçusu evləndi – FOTO•Ərdoğan Azərbaycan xalqını təbrik etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Cəlilabadda fərdi yaşayış evi yandı – VİDEO•Yardımlıda məktəb direktoru vəfat etdi•“Sabah”ın futbolçusu evləndi – FOTO•Ərdoğan Azərbaycan xalqını təbrik etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•

Samux rayonunda Kür çayında batan 17 yaşlı qızın meyiti tapılıb.

Mecra.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən Gəncə şəhər sakini 2009-cu il təvəllüdlü Gülnaz Məmmədovanın cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə ötən gün Kür çayının Samux rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, 17 yaşlı qız çayda çimərkən boğulub.

Gülnaz ailəsi ilə birlikdə Kür çayının sahilində istirahətə gəlibmiş. O, bu il 11-ci sinfi bitirib.

***

APA-nın məlumatına görə, G.Məmmədova idmançıdır. O, kikboksinq idman növü ilə məşğul olub.

Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

Mərhumun nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz görə-görə nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girib”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt