Sumqayıtda yaşayış binasında yanğın – VİDEO

XƏBƏR XƏTTİ
Cəlilabadda fərdi yaşayış evi yandı – VİDEO•Yardımlıda məktəb direktoru vəfat etdi•“Sabah”ın futbolçusu evləndi – FOTO•Ərdoğan Azərbaycan xalqını təbrik etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Cəlilabadda fərdi yaşayış evi yandı – VİDEO•Yardımlıda məktəb direktoru vəfat etdi•“Sabah”ın futbolçusu evləndi – FOTO•Ərdoğan Azərbaycan xalqını təbrik etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Mecra.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt