Məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

XƏBƏR XƏTTİ
Cəlilabadda fərdi yaşayış evi yandı – VİDEO•Yardımlıda məktəb direktoru vəfat etdi•“Sabah”ın futbolçusu evləndi – FOTO•Ərdoğan Azərbaycan xalqını təbrik etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Cəlilabadda fərdi yaşayış evi yandı – VİDEO•Yardımlıda məktəb direktoru vəfat etdi•“Sabah”ın futbolçusu evləndi – FOTO•Ərdoğan Azərbaycan xalqını təbrik etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqəyə 3 mindən çox müraciət edilib.

Mecra.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, 29 iyun-8 iyul tarixlərini əhatə edən ərizə qəbulu mərhələsində müsabiqədə iştirak üçün ümumilikdə 3 080 müraciət qeydə alınıb.

Qeyd edək ki, direktorların işə qəbulu prosesi müsabiqə yolu ilə həyata keçirilir. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılır. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunurlar.

Müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar üzrə qiymətləndirilirlər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt