365 gün əvvəl: Azərbaycanın Zəfərini möhkəmləndirmiş görüş – VİDEO

XƏBƏR XƏTTİ
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirTəbii resurslardan daha yüksək əlavə dəyər yaratmalıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirTəbii resurslardan daha yüksək əlavə dəyər yaratmalı

Düz bir il əvvəl Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan videomaterialda bildirilib.

Materialda qeyd olunur ki, üç ölkənin liderləri regionda sülh, sabitlik və rifaha xidmət etmək məqsədilə iki ölkə arasında kommunikasiyaların açılmasının vacibliyini nəzərdə tutan Vaşinqton Bəyannaməsini imzalayıblar.

 

 

Bəyannamənin 4-cü bəndində Ermənistann ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq edərək Ermənistan ərazisində nəqliyyat əlaqələrinin təmin olunması məqsədilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üçün konseptual çərçivənin yaradılmasında iştirak edəcəyi qeyd olunub.

Vurğulanır ki, bu uğurun əsası danışıqlar masasında deyil, 2020-ci il sentyabrın 27-də döyüş meydanında qoyulub. Həmin gün Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusu işğal altında olan əraziləri azad edib. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi elan olunub.

Materialda, həmçinin 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirilən birgünlük antiterror tədbirlərinin çoxillik münaqişəyə son qoyduğu və Azərbaycanın suveren ərazilərində separatizmə son verdiyi bildirilir.

“Bu qələbələr Bakıya sülh prosesinin məntiqini müəyyənləşdirmək və şərtləri formalaşdırmaq üçün mənəvi və siyasi hüquq verdi”, – deyə materialda qeyd olunur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt