Paşinyan İlham Əliyevə zəng etdi

XƏBƏR XƏTTİ
Paytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdırPaytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdır

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Mecra.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.

Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.

Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.

Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt