Cəlilabad rayonunun Mirtəhməzli kəndində qazlaşdırma işləri başlayır.
Mecra.az xəbər verir ki, bu haqda Cəlilabad İcra Hakimiyyəti məlumat yayıb.
Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində regionlarda sosial infrastrukturun inkişafı, əhalinin kommunal xidmətlərlə təminatı və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Bu siyasətin davamı olaraq Cəlilabad rayonunun Mirtəhməzli kəndində də qazlaşdırma işləri aparılacaq.“Azəriqaz” İstehsalat Birliyi tərəfindən yaxın günlərdə start götürəcək layihə çərçivəsində kənd ərazisində yaşayan 25 abonentə təbii qaz təchizatı təmin ediləcək. İşlər nəticəsində sakinlər təhlükəsiz, fasiləsiz və keyfiyyətli qazla təmin olunacaq, eyni zamanda məişət şəraitinin yaxşılaşdırılması və enerji təminatının stabilizasiyası baxımından mühüm nəticələr əldə ediləcəkdir.
Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində həyata keçirilən bu layihə kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsinə, sosial rifahın artırılmasına və regionun ümumi inkişafına töhfə verəcək.
👁 58 baxış
