Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı

XƏBƏR XƏTTİ
Cəlilabadda fərdi yaşayış evi yandı – VİDEO•Yardımlıda məktəb direktoru vəfat etdi•“Sabah”ın futbolçusu evləndi – FOTO•10 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Ərdoğan Azərbaycan xalqını təbrik etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Cəlilabadda fərdi yaşayış evi yandı – VİDEO•Yardımlıda məktəb direktoru vəfat etdi•“Sabah”ın futbolçusu evləndi – FOTO•10 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Ərdoğan Azərbaycan xalqını təbrik etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb.

Mecra.az xəbər verir ki, bu barədə DİM məlumat yayılıb.

Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 827 abituriyentdən 189 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 543 nəfər məqbul qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 12-dən 19-dək aparılacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 10 – 11 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına (Bakı ş., Ak., H.Əliyev 299) və ya regional bölmələrinə yaxınlaşıb ərizə yaza bilərlər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt