“Cənnətdə görüşəcəyik…”-Üç dost, üç şəhid-FOTO

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Onlar üçü də dost olublar, bir yerdə orduda xidmət ediblər. Hətta bir otaqda qalıblar. Söhbət Cəlilabadda boya-başa çatan şəhid Xüsusi Təyinatlılarımız Tofiq Şəmsəddin oğlu Əmirli, Səid Sarıbala oğlu Həsənov və Nahid Hüseynağa oğlu Məmmədovdan gedir.

 

Bu haqda Məcra.az-a danışan şəhid Tofiq Əmirlinin atası deyib ki, hər üç şəhidimiz dost olublar:

 

“Tofiq və Nahid Sərhəd Qoşunlarının Çevik bölüyündə xidmət edirdilər. Səid isə Milli Orduda xidmət edirdi. Erməni təxribatı nəticəsində sentyabrın 12-dən 13-nə keçən gecə Səid və Nahid də şəhidlik zirvəsinə ucaldı. Nahidin ailəsiylə isə qohumuq. Nahidlə Tofiq hətta bir otaqda qalıblar.

 

Tofiq 44 günlük Vətən müharibəsində şəhid olandan sonra Səid və Nahid daim bizə baş çəkirdi, məni tək qoymurdular. Amma hər ikisi oğlum Nicatla söhbətləri zamanı Tofiqlə cənnətdə görüşəcəklərinə söz vermişdilər. Bununla bağlı votçap yazışmaları da var. Elə də oldu, arzularına çatdılar və üç dost yenə bir-birilərinə qovuşdular.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt