“O yuxunu görəndən sonra evdə özümə yer tapmırdım…”-Şəhid gizirimizin atası…

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan Dövlət Sərhəd Xidmətinin baş giziri Nahid Hüseynağa oğlu Məmmədovun qəhrəmanlığından bu gün də insanlar danışmaqdadır.

 

Məcra.az-ın əməkdaşı Cəlilabadın Vəlkin kəndində şəhid gizirimizin yas mərasimində iştirak edib və şəhidimizin atasıyla həmsöhbət olub. Şəhid atası Hüseynağa Məmmədov Nahidlə bağlı təəssüratlarını əməkdaşımızla bölüşüb:

 

“Nahidin dörd il idi ki, üzünü görmürdüm. Ancaq elə evə gəlib gecəylə də işə qayıdırdı. Ailəlidir, iki övladı var. Nahid Türkiyədə kurs keçib, özü çox peşəkar bir hərbçi idi. Bununla yanaşı, Dövlət Sərhəd Xidmətinin kursantlarına dərs keçirdi. Sonuncu dəfə sentyabrın 11-də danışdıq. Dedi ki, “sentyabrın 17-də təlimə gedəcəm”. Yenə də Zəngilana gedəcəyini məndən gizlətdi.

 

Səhəri gün gecə şəhidlərimizin olduğunu biləndə narahat oldum. Evdə özümə yer tapmırdım. Yerimdə uzanmışdım və birdən gördüm ki, kənd qəbiristanlığımızdan atamın qəbri tərəfdən bir kişi və bir cavan oğlan mənə tərəf gəlir. Onlar mənə yaxınlaşanda yoxa çıxdılar. Bu səhnə iki dəfə gözümə göründü. Ondan sonra həyətə çıxdım, bir az küçədə gəzdim. Həyətdə iş gördüm ki, bəlkə yuxuda gördüyüm səhnə fikrimdən çıxsın.

 

Səhər açıldı yemək yedim və yenə həyətə çıxdım. Bu zaman Nahidin xalası həyətə girdi və qışqırdı. Onda bildim ki, Nahid şəhid olub və o an dizlərim tutuldu”-deyə şəhid atası bildirib.

 

Qeyd edək ki, Nahid Məmmədov 44 günlük Vətən müharibəsində də fəal iştirak edib. Buna görə o, müxtəlif medallarla təltif edilib.

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt