Medianın inkişafına yönəlmiş islahatlar

XƏBƏR XƏTTİ
Öldürülən Ceyhun Əhmədlə dost olub – Oğluna görə… – Dəhşətli DETALLAR BİLİNDİ•Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO•Cəlilabadda sertifikatlaşdırma mövzusunda görüş keçirildi – FOTOLAR•Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi – FOTO•Davada öldürülən Ceyhunun oğlu MMA üzrə idmançıdır – FOTO•Dilarə Əliyevaya vəzifə verildi•Kütləvi davada qətli törədənlərin kimliyi bilindi – Axtarışdadırlar•Leysan yağacaq, şimşək çaxacaq – Xəbərdarlıq•Öldürülən Ceyhun Əhmədlə dost olub – Oğluna görə… – Dəhşətli DETALLAR BİLİNDİ•Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO•Cəlilabadda sertifikatlaşdırma mövzusunda görüş keçirildi – FOTOLAR•Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi – FOTO•Davada öldürülən Ceyhunun oğlu MMA üzrə idmançıdır – FOTO•Dilarə Əliyevaya vəzifə verildi•Kütləvi davada qətli törədənlərin kimliyi bilindi – Axtarışdadırlar•Leysan yağacaq, şimşək çaxacaq – Xəbərdarlıq•

Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Bununla əlaqədar dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

 

  Zakir Əliyev, Təqaüddə olan mətbuat işçisi

                                                                                                                 

                                                                                                                 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt