Ərazi bütövlüyü pozulanlarla həmfikirik

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev IV Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə Ukrayna barəsində xoş fikirlər səsləndirib.  Möhtərəm Prezidentimizin dedikləri Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi – çoxsaylı qurbanlar, Xocalıda azərbaycanlıların soyqırımı. Münaqişə sonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.

Prezident Zelenskinin mövqeyi məlumdur. O, bu barədə ictimaiyyətə açıq danışıb.  İstənilən halda, Azərbaycanın mövqeyinə gəldikdə, o, dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq. Bu mövzuda çox danışmaq istəmirəm. Biz bunu sadəcə danışmaq üçün etmirik. Bu, sadəcə, ürəkdən gəlir. Bu, dövlətlərə və yeri gəlmişkən, təkcə onlara deyil, adi insanlara, kommersiya şirkətlərinə də aiddir. Yəni bu, ağır vəziyyətdə olanlara, əziyyət çəkənlərə, ərazi bütövlüyü pozulanlara yardım etmək və əlimizdən gələn hər cür köməyi göstərmək üçün vahid səydir.

Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Bu da yəqin ki, həlledici amillərdən biri oldu.

Ərzuman  Məmmədov, 

YAP Cəlilabad RT, Cəngan ƏPT sədri

                                                                                

👁 2 baxış