Sabitlik və təhlükəsizlik amalımızdır

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham  İlham Əliyevin İV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Bu Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib.

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyev qeyd edib ki, ta 1990-cı illərin əvvəllərindən, bəlkə də ondan da qabaq, bizim bütün ağrılı dövrlərimiz sizin gözünüzün önündən keçib.  Azərbaycan xalqına bir çox müraciətlərim olub. Həm işğal dövründə, həm müharibə dövründə, müharibədən sonra. Bu müraciətlər də məzmunca fərqlənib, çünki fərqli bir situasiyada idik.

Əlbəttə, gündəlik fəaliyyətimizin mühüm istiqamətlərindən biri də ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasıdır. Bu işi fasiləsiz şəkildə davam etdirməli, qazandığımız nailiyyətləri, qarşımızda duran çağırışları və həyata keçirdiyimiz işləri dünya ictimaiyyətinə təqdim etməliyik.

Amma,  Möhtrəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi, biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır.

Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşamalıdır,  milli kimlik, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, indi olur belə hadisələr, amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun.

 Mirsüleyman Mirxaslı,

 YAP Cəlilabad rayon təşkilatının sədri

                                                              

                                                          

👁 2 baxış