Azərbaycanın media tarixində önəmli hadisə

4-cü Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin verdiyi ən vacib mesajlardan biri Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanı olması ilə bağlı idi.  Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  ünvanlanan suallardan aydın olurdu ki, dünya mediası geosiyasi proseslərin bu regiona təsirilə maraqlanır və qalib ölkə kimi Azərbaycanın mövqeyi xüsusi maraq kəsb edir: “30 ilə yaxın işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  bir daha bəyan etdi ki, müharibənin başa çatmasından 5 ilə yaxın vaxt keçməsinə rəğmən hələ də yekun sülh müqaviləsi imzalanmayıb və bəzi qərəzli dairələr sülhün yubanmasında Azərbaycanı ittiham etməyə çalışır, Ermənistandan isə “sülh göyərçini” düzəltməyə çalışır. Halbuki, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi – bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.

Şuşada Beynəlxalq Media Forumun keçirilməsi Azərbaycan media tarixində önəmli bir hadisə kimi qalacaqdır. Beləliklə Dünya mediası bu platforma vasitəsilə sülhün yubanmasının əsas səbəbini öyrənmiş oldu.

Amil  Əliyev,

Cəlilabad rayonunda məskunlaşmış Şusa rayon sakini                                                                                                     

👁 2 baxış