İstilik sisteminə sayğac quraşdırılacaq

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

“Azəristiliktəchizat” ASC-də sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb.

Məcra.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

“Artıq 2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə olaraq müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur”, – mətbuat katibi əlavə edib.

Qeyd edək ki, istilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadratmetrə tarif tətbiq olunanda verilən temperaturdan asılı olmayaraq, eyni tarif tətbiq olunur.

İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt