Şəhid Rəşad Qənbərli uğrunda döyüşdüyü torpağa tapşırıldı-FOTOLAR

XƏBƏR XƏTTİ
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Qənbərli Rəşad Əlizamin oğlu Cəlilabad rayonunun Uzuntəpə kəndində torpağa tapşırılıb.

 

 

Məcra.az xəbər verir ki, şəhidin dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, deputat Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin doğmaları və hərbiçi yoldaşları iştirak etmişlər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.

 

 

Kənd qəbiristanlığındakı dəfndə izdiham yaşanıb və insanlar “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndiriblər. Dəfn mərasimində cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Əlizamin Qənbərova təqdim olunub, havaya yaylım atəşi açılıb.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt