Şəhid İsa Kəlbiyev Göytəpə qəsəbəsində dəfn edildi-FOTOLAR

XƏBƏR XƏTTİ
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, MAXE Kəlbiyev İsa Rəhim oğlu Cəlilabad rayonunun Göytəpə qəsəbəsində böyük izdihamla dəfn edilib.
Məcra.az xəbər verir ki, şəhidin dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar Malik Həsənov, Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak ediblər.
Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.  Şəhidin xatirəsinə yaylım atəşı açılıb.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt