
Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti artıq yalnız iqtisadi göstəricilər və ya təbii resurslarla müəyyən olunmur. Ən vacib strateji üstünlüklərdən biri insan kapitalıdır, yəni bilik, bacarıq, liderlik potensialı və məsuliyyət hissinə malik vətəndaşların mövcudluğudur. Bu baxımdan dövlətlər üçün əsas çağırış yalnız güclü kadrların mövcudluğu deyil, həm də onların vaxtında aşkar olunması və sistemli şəkildə inkişaf etdirilməsidir.
Mənbə: oxu.az
👁 3 baxış
