Yağışlı hava ilə bağlı Xəbərdarlıq

XƏBƏR XƏTTİ
Xalidə Gözəl vəfat etdi•Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi – VİDEO•Əhmədlidəki kütləvi davanın iştirakçıları hakim qarşısında•Bakıda yağış yağacaq – Sabahın havası•Azərbaycanda universitet müəllim vəfat etdi•Tanınmış şair vəfat etdi – FOTO•Bu rayonlara qar yağır•Prezident Tokayevi təbrik etdi•Xalidə Gözəl vəfat etdi•Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi – VİDEO•Əhmədlidəki kütləvi davanın iştirakçıları hakim qarşısında•Bakıda yağış yağacaq – Sabahın havası•Azərbaycanda universitet müəllim vəfat etdi•Tanınmış şair vəfat etdi – FOTO•Bu rayonlara qar yağır•Prezident Tokayevi təbrik etdi•

Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Mecra.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə və axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt