Hərbçilər şəxsi jetonla təmin ediləcək

XƏBƏR XƏTTİ
Bakıda yağış yağacaq – Sabahın havası•Azərbaycanda universitet müəllim vəfat etdi•Tanınmış şair vəfat etdi – FOTO•Bu rayonlara qar yağır•Prezident Tokayevi təbrik etdi•Salyanda evə ildırım düşdü – VİDEO•Xəzər dayazlaşıb – Adalar materikə birləşib•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•Bakıda yağış yağacaq – Sabahın havası•Azərbaycanda universitet müəllim vəfat etdi•Tanınmış şair vəfat etdi – FOTO•Bu rayonlara qar yağır•Prezident Tokayevi təbrik etdi•Salyanda evə ildırım düşdü – VİDEO•Xəzər dayazlaşıb – Adalar materikə birləşib•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•

Hərbi qulluqçular şəxsi jetonla təmin olunacaq.

Mecra.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

Sənəddə bildirilib ki, hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt