Məcra.az-ın əməkdaşı “Qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini qələmə alıb. Bu dəfə sizi Gültəkinin (adı şərtidir) həyat hekayəsi ilə tanış edəcəyik.
“Ailədə üç bacı və bir qardaşıq. Kənd yerində yaşayırıq və bir çoxu kimi əkin əkməklə dolanırıq. Bir gün uzaq qohumlarımdan mənə elçi düşdülər. Evdəkilərin də razılığı ilə gəlin köçdüm. Mən həyat yoldaşımın birinci ailəsi deyildim. Həyat yoldaşımın birinci ailəsi də azərbaycanlı qadın olmuşdu. Uzun müddət Rusiyada yaşayıblar. Amma, həyat yoldaşımın dediyinə görə, xanım ona xəyanət etdiyi üçün boşanıblar. Həyat yoldaşımla keçmiş xanımı ilə eyni kəntdən idilər. Bir qız və bir oğlan uşaqları var idi.
Mən birinci həyat yoldaşımın ata evinə gəlin köçəndən sonra, evdə sıxlıq olduğu üçün, həyat yoldaşımın Rusiyada yaşayan qardaşının evində yaşamalı olduq. Bu evə köçəndən sonra, qonşularla da tanış oldum. Hamısıyla münasibətim var idi. Amma, bizə gəlib ”“ gedən qonşu qadının həyat yoldaşı olan Elçinin mənə başqa gözlə baxmasını bilmirdim. Sən demə Elçin məni neçə vaxtdır ki, izləyirmiş.
“Onda bildim ki, Elçin evə pəncərədən daxil olub…”
Bir gün axşam vaxtı həyat yoldaşım dostlarıyla harasa yeyib ”“ içməyə getdi. Mənə dedi ki, narahat olma tez gələcəm. Gənc ailə idik, evdə ikimiz olduğumuza görə, tək qalanda qorxurdum. Həyat yoldaşım gedəndən sonra, qapını bağlayıb divanda uzanıb televizora baxırdım. Birdən hiss etdim ki, başımın üstündə kimsə dayanıb. Divandan dik atıldım və baxıb gördüm ki, evə girən Elçindir. Qışqırmaq istəyəndə, Elçin üstümə cumdu və mən onunla əlbəyaxa oldum. O, mənə müqavimət göstərib zorlamaq istəsə də, mən ona imkan vermədim. Boyu balaca biri olduğu üçün elə də güclü biri deyildi. Mən Elçinin əlindən quraxılıb qapıya tərəf qaçdım və qapını açıb küçəylə yaxınlıqda yaşayan baldızımgilə tərəf qaçmağa başladım. Onda bildim ki, Elçin evə pəncərədən daxil olub.
“Xəcalətindən Elçinin atasının da ürəyi partlayıb öldü…”
Elçin də yarı yola kimi arxamca qaçdı. Amma, yaxınlıqdakı dükanın qarşısında adamlar olduğu üçün geri qayıtdı. Tez özümü baldızımgilə çatdırdım. Bütün qohum – əqrabam toplaşdı. Aləm bir ”“ birinə dəydi. Bu hadisədən sora, Polislər Elçini beş il müddətinə azadlqıdan məhurum etdilər. Xəcalətindən Elçinin atasının da ürəyi partlayıb öldü. Anası, xərçəng xəstəliyinə tutuldu və çox keçmədi ki, o da rəhmətə getdi. Elçin bu hərəkəti ilə öz ailəsini kəntdə biabır elədi. Elçinin özünün də üç qız övladı var idi. Belə qonşuçuluqda Elçin mənim də ailəmi dağıtdı.
“Bu hadisədən sonra, həyat yoldaşım Rusiyaya, əvvəl yaşadığı şəhərə qayıtdı…”
Bu hadisədən sonra, həyat yoldaşım mənimlə yaşamaqdan imtina etdi. Mən də kor ”“ peşiman ata evimizə qayıtdım. Həyat yoldaşım bununla sübut etmək istəyirdi ki, guya mən zorlanmışam və belə qadın ona lazım deyil. Birincisi mənə Elçin heç nə edə bilmədi, ikincisi də mən bir xanım olaraq evdə oturmuşam və Elçin kimi bir adamlıqdan uzaq biri evə daxil olub mənə zor tətbiq edirsə, mən nə edə bilərəm? Mən bir qadın olaraq öz namusumu qorudum. Bundan sonra intihar etmək istədim. Amma, sonradan yaxınlarımın məsləhəti ilə bu fikirdən daşındım. Həyat yoldaşım yaxşı kişi olsaydı, öz xanımını bu hadisəyə görə atmazdı. Bu hadisədən sonra, həyat yoldaşım Rusiyaya, əvvəl yaşadığı şəhərə qayıtdı. Mən də o vaxtdan ata evimizdə yaşayıram”.