Azərbaycan 5 erməni hərbçisini təhvil verdi

XƏBƏR XƏTTİ
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı – VİDEO•“Düşmənə dərs verən onlardır” – VİDEO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•

Azərbaycan Ermənistanın 5 hərbçisini təhvil verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

“Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib:

– Aqramanyan Martin Muşeqoviç – 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

– Gevorkyan Aşot Artakoviç – 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

– Qriqoryan Feliks Arşakoviç – 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

– Manukyan Varazdat Amuşavan – 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

– Hovsepyan Edik Tiqrani – 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt