Şəhidin adını daşıyan məktəbdə 700 şagirdin həyatı təhlükədədir+VİDEO

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Çat verən divarlar, yararsız tavan və döşəmə, hər an çökə biləcək dam örtüyü. İstismar müddətini çoxdan başa vurmuş bu tikili Cəlilabadın Maşlıq kəndinin təhsil ocağıdır. Nizami Alışanov adına tam orta məktəb illərdir ki qəzalı vəziyyətdədir.

1960-ci illərdə istifadəyə verilən məktəbdə 700-dən çox şagird təhsil alır. Yağışlı havalarda vəziyyət daha da acınacaqlı olur. Məktəbin dam örtüyü köhnə olduğu üçün sinif otaqlarında gölməçələr yaranır. Mövcud vəziyyət məktəbin pedaqoji kollektivini də çətin vəziyyətdə qoyub.
Qeyd edək ki, keçən tədris ilində oxşar vəziyyətdə olan rayonun Musalı kənd orta məktəbi qəfildən çökmüş, xoşbəxtlikdən dərs olmadığı üçün insan itkisi olmamışdı. Tədrisi şəxsi evlərdə və uzaq qonşu kənd məktəbində davam etdirən Musalı məktəbi bu təhsil ilində də hələlik binasızdır. Köçkün məktəb 5 kilometrlik məsafədəki qonşu kəndin idman zalında məskunlaşıb.

Həm Musalı, həm Maşlıq kəndindəki məktəb binasının aqibəti ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ağaxan Ağayev Baku TV-yə bildirib ki, məktəblərin qəzalı vəziyyətdə olması barədə Təhsil Nazirliyinə məlumat verilib. Maşlıq kəndində 720, Musalı kəndində isə 180 şagird yerlik yeni məktəb binasının tikilməsi nəzərdə tutulub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt