Azərbaycanda ata evdən gedən qızını öldürdü – Foto

XƏBƏR XƏTTİ
General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!•Azərbaycanda torpaqlarla bağlı YENİ QƏRAR•Sabahın havası – Yağış, duman, şaxta•Ukraynanı dəhşətli fəlakət gözləyir-XƏBƏRDARLIQ EDİLDİ•Şabranın icra başçısının məhkəməyə verdiyi fermer apellyasiyada cəzalandırıldı – HÖKM DƏYİŞDİ•Maşınla səyahət edənlərin nəzərinə – BDYPİ xəbərdarlıq etdi•Bəzi ərazilərə qar yağır – Faktiki hava•Türkiyə XİN Azərbaycanı belə təbrik etdi – FOTO•

Abşeronda qətl hadisəsi olub.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayevanı atası Nazim Əliyev qətlə yetirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A. Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşüb. O, həmin gün evdən çıxaraq bir daha geri qayıtmayıb.

***

DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Nazim Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

***

Abşeron Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.

Bildirilir ki, sentyabrın 7-si saat 09:00 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Nazim Əliyev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt