Xəbər verdiyimiz kimi, bu gün daha bir neçə vəzifəli şəxs “Tərtər işi” ilə bağlı həbs edilib.
Mecra.az xəbər verir ki, “Tərtər işi” ilə bağlı həbs olunan Məmmədov Rahib Ramazan oğlu 1987-ci ilin aprel ayının 4-də anandan Bakı şəhərində anadan olub. 1993-2004-cü il tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Saleh Poladi adına 159 saylı orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Odlar Yurdu Universitetində “Beynəlxalq Hüquq” ixtisası üzrə ali təhsil almış ve oranı fərqlənmə ilə bitirib.
Həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib.
Digər məlumata görə isə Rahib Məmmədov, əslində, Rahib Bəşər imzası ilə şeirlər yazırmış.
Onun “Həyat eşqi”, “Sevgi Dünyam”, “Zirvəyə doğru” , “Zirvəyə Doğru”, “Sarıqamışdan gələn məktub” (tarixi roman), “Qisas” (kriminal roman), “Türkmənçay” (tarixi roman) kitablarının müəllifidir.
O, “Azərbaycan Yazıçılar Birliyinin üzvü”, “Qızıl Qələm və Azərbaycan Bayrağı” mükafatları laureatı, Azerbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
Qeyd edək ki, Rahib Məmmədov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Metbuat.az