Cəlilabadda yeni direktor kollektivə təqdim olundu – FOTO

XƏBƏR XƏTTİ
Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•Rayonlar dotasiya almadan özlərini necə maliyyələşdirəcək? – VİDEO•Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu – FOTO•Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş – FOTO•Nazir qalmaqallı rəisi işdən çıxardı – Görün nələr edib•Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)•Kartofun az istehlak edildiyi ölkələr və onu əvəz edən məhsullar (SİYAHI)•Universitetə qəbul asanlaşır, kolleclər tələbə tapa bilmir•Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR•

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunan direktor kollektivə təqdim edilib.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasın direktoru vəzifəsinə təyin olunub.

 

Mecra.az xəbər verir ki, TƏBİB-in İcraçı direktorunun müşaviri Anar Ağayev Oktay Əmənullayevi tibb müəssisəsinin kollektivinə təqdim edib.

 

A.Ağayev çıxış edərək direktor vəzifəsinə yeni təyin olunan O.Əmənullayevin idarəçilik təcrübəsi və tibb sahəsindəki peşəkarlığını vurğulayaraq kollektivə uğurlar arzulayıb.

 

O.Əmənullayev çıxışı zamanı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıya qoyulan tapşırıqların vaxtında icrası, yeni layihələrin həyata keçirilməsi istiqamətində prioritet planlarını təqdim edib.

 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək Oktay Əmənullayev ixtisasca anestezioloq-reanimatoloqdur və yeni təyinata qədər Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt