“İki kilometr aralıdakı şəhid bulağından su daşıyırıq…” – VİDEO

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•

Bir neçə gündür Bakının bəzi ərazilərində içməli suyun verilməsində problem yaranıb.

Mecra.az xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.

Yeni Günəşli qəsəbəsində AB massivinin sakinləri günlərdir suyun verilməməsindən şikayətçidirlər: “Əvvəl saatla verilirdi, indi artıq saatla da verilmir. Camaat yığışıb su idarəsinə gedib, deyiblər ki, indi zəmanə belədir”.

Sakinlər saatlarla qaynar xəttə zəng etdiklərini, lakin düşə bilmədiklərini söyləyiblər.

Qeyd edilib ki, Nəsimi rayonu 4-cü mkr ərazisində də içməli su vaxtından əvvəl kəsilir: “Mir Cəlal küçəsi 44 ünvanında qalırıq. Gedib 2 kilometr aralıda şəhid bulağından su gətiririk…”

Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsinin sakinləri də suyun binalara balanslı şəkildə verilmədiyini deyiblər. Bəzi binalara su qrafiklə verilsə də, bəziləri daimi su ilə təmin olunur. Binalarda su çənlərinin olmaması da vəziyyəti çətinləşdirir.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir: “Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır”.

Daha ətraflı süjetdə:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt