Rusiyadan işçi miqrantlarla bağlı daha bir tələb

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•

Rusiya işçi miqrantlarla bağlı qanunu sərtləşdirib.

Mecra.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi qanun layihələrinə dəyişiklik edib. Yeni dəyişikliklə sürücü, satıcı və tibb işçisi vəzifələrinə qəbul edilən miqrantlar rus dilini və Rusiya tarixini bilmək üçün imtahan vermək tələbindən azad edilməyəcək.

Bu barədə Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini Andrey Pudov Dövlət Dumasının Əmək komitəsinin iclasında bildirib.

Beləliklə, Rusiya vətəndaşları ilə qarşılıqlı əlaqə və ünsiyyət qura bilməyən peşə sahibləri üçün işəgötürənlərin müraciətlərini kvotalara daxil etmək mümkün olmayacaq.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Əmək və Sosial Müdafiə Nazirliyini Rusiyaya kvota əsasında dəvət olunan miqrant peşələrinin siyahısına diqqətlə baxmağı təklif edib.

“Niyə dili bilməyənləri siyahıya salmağı təklif edirsiniz? Sürücülər, satıcılar ünsiyyət qurmalıdırlar, dil bilməlidirlər, qanunları bilməlidirlər”, – deyə Volodin bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt