İtkin şəhidimiz dəfn olundu – FOTOLAR

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir.

Mecra.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra şəhid Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, M.Kərimov könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. O, 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhidin nəşinin qalıqları Ağdərə rayonu ərazisində aşkarlanıb.

***

Vida mərasimi keçirildikdən sonra şəhid Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə Xaçmaz rayonunun Usta Cəlilli kəndində dəfn edilib.

Qeyd edək ki, Məzahir Kərimov cəhbəyə yollanada ailəli idi. İki qız övladı yadigar qalıb. Nəvəsi şəhid Məzahir Kərimovun adını daşıyır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt