Nardaran sakini müasir gəlinləri qınadı: “İndikilər gündə bir paltar istəyirlər” – VİDEO

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•

“O vaxtlar”ın budəfəki qəhrəmanı Nardaran sakini Şəhla Fərəcova olub.

O, ailələrdə uşaqların tərbiyəsində nənələrin rolundan danışıb:

“Nənələrimiz bizə başa salırdı ki, ərə getmisənsə, hər şeyə dözməlisən, səbirli olmalısan. Səbir olmayan yerdə heç vaxt xoşbəxtlik olmur. Amma indiki qızlar başqa cürdür. Özüm iki qız köçürmüşəm, ikisinə də deyirəm ki, mənə gəlib evinizin sirrini danışmayın. Çünki yoldaşlarınız mənim gözümdən düşər. Beş günə siz barışarsınız, amma mənim ürəyimdə xal qalar”.

Şəhla Fərəcova gənclərə aza-çoxa qane olmağı tövsiyə edib:

“Qızlar həyalı, abırlı olsunlar. Ərlərindən çox şey istəməsinlər, kişiləri incitməsinlər, yazıqdırlar. İndikilər gündə bir paltar istəyirlər. Elə şey olmaz. Qadın dözümlü olmalıdır. Mən öz qızlarıma da deyirəm, kişi axşam evə gəlir, yeməyini-suyunu gətirirsə, daha nə istəyirsən?!”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt