Cəlilabadda ağır qəza – bir ailənin 3 üzvü yaralandı – YENİLƏNİB – FOTO

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•

Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.

Mecra.az  xəbər verir ki, hadisə Ələt–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Corolla” markalı avtomobil idarəetmədən çıxaraq yolun mühafizə səddinə çırpıldıqdan sonra aşıb.

Qəzada eyni ailənin üzvləri olan 1986-cı il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).

***

Yaralıların durumu açıqlanıb.

Onlardan 1986-cı il təvəllüdlü (qadın cinsli) şəxsə alın və burun nahiyəsinin əzilmiş sıyrıqları, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə sağ dizin əzilmiş, sıyrılmış yarası, sağ qapaqaltı nahiyənin əzilməsi, 2011-ci il təvəllüdlü (qadın cinsli) şəxsə isə sağ almacıq, burun arxası əzilmiş hematoma yaraları, boyun və sol topuq nahiyəsinin əzilmiş yaraları diaqnozu təyin edilib.

Xəsarət alanların vəziyyəti kafi olaraq qiymətləndirilir.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt