İmişlidə məktəblilərin öldüyü yol qəzası zamanı xuliqanlıq edən 19 nəfərə hökm oxundu

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mecra.az APA-ya istinadən xəbər verir ki, bu gün İmişli rayon Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzaları təyin olunub.

İş üzrə təqsirli bilinən Nazim Əliyev 1 il, Taleh Məmmədov 4 il, Ruslan Quliyev 2 il, Kənan Mejdunov 4 il, Rahib Rzayev 4 il, Sənan Əliyev, Elxan Əzimov, Abbas Bağırov hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Canpolad Əliyevə 1 il, Hüseyn Cabbarlıya 3 il, Elman İbrahimova 1 il, Vüqar Usubluya 2 il, Rahib Tağıyevə 3 il, Fərid Seyidzadəyə 3 il, Qoşqar Məmmədova 3 il, Eldar Ağazadəyə 1 il, Elnur Babayevə 2 il, Rasif Babayevə 4 il, Şamil Səfərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Nazim Əliyevə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt