Motosikletçiyə yol vermədi, qəzaya səbəb oldu – VİDEO

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•

Bakıda minik avtomobili və motosikletin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu, Səttar Bəhlulzadə və Zaur Nudirəliyev küçələrinin kəsişməsində qeydə alınıb.

Görüntülərdən baş yolla hərəkət edən motosiklet sürücüsünün gəldiyi sürətlə yolayrıcına daxil olduğu və bu zaman ikinci dərəcəli yolla hərəkət edən minik avtomobilinin sürücüsünün yol verməli olduğu halda onu vurduğu məlum olub.

Bildirilib ki, müşahidə kamerasının qeydə aldığı bu yol-nəqliyyat hadisəsi işıqfor olmayan, yəni nizamlanmayan yolayrıcında qanunvericiliyin tələblərinə riayət edilməməsi səbəbindən olub.

“Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin müvafiq bəndini bir daha sürücülərin diqqətinə çatdıraraq bildiririk ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir.

Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir”, – qurumun açıqlamasında qeyd edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt