Rusiyada əməliyyat – Onlarla azərbaycanlı saxlanıldı

XƏBƏR XƏTTİ
Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Prezidentin 1 həftəsi… – VİDEO•Bakıda qadınlar mağazaya girdilər, qızılı ovucunda gizlədib apardılar: Polis hərəkətə keçdi – Anbaan video•Güclü külək ağacı avtomobilin üzərinə aşırdı – VİDEO•Gəncədə xəstəxananın şöbə müdiri infarktdan öldü•Naxçıvanda qadınları yasa aparan avtobus aşdı – 11 yaralı var•Ceyrançöldə sursat partladı – Ölən var+Yenilənib•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•

Xəbər verdiyimiz kimi, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşları bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi tərəfindən evlərinə basqın edilərək qətlə yetirilib.

“Qafqazinfo” “mk.ru”ya istinadən xəbər verir ki, onun qardaşlarının ölümü ilə bağlı yeni detallar məlum olub.

Məlumata görə, Yekaterenburq şəhərində onlarla azərbaycanlı saxlanılıb, ikisi öldürülüb. Öldürülən şəxslər S.Hüseynlinin qardaşlarıdır.

Qeyd edilir ki, təqiblər 2001-ci ildə Azərbaycan diasporunun adı hallanan qətldə kimin əli olduğu ilə bağlı başlayıb.

Azərbaycanlılar arasında qatilin axtarıldığı vurğulanıb. Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak ediblər.

Xatırladaq ki, Seyfəddin Hüseynli APA-ya açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, – deyə Seyfəddin Hüseynli bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt