“Molla mənim yaşımdadır, qızım geri qaytarılsın” – Yeniyetmənin atası-VİDEO

XƏBƏR XƏTTİ
DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•

Xəbər verdiyimiz kimi, Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollası tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Mecra.az xəbər verir ki, qaçırılan qızın atası Emin Babayev Den.az-a açıqlamasında qəsəbə məscidinin imamı Turab Tahirovu illərdir tanıdığını deyib.

Qızının hazırda Göyçayın Qaraməryəm kəndində olduğunu deyən ata hadisənin iyunun 16-da baş verdiyini bildirib. O, qızının qaçırılmasının əvvəlcədən planlaşdırıldığını qeyd edb:

“Hadisədən əvvəl qızımın məktəbdə son zəng tədbiri olub, ondan bir gün sonra məscidə kitab vermək üçün gedib, həmin gün də Göyçaya qaçırılıb. Məsciddə dini dərslər alırdı və gələcəkdə dini təhsil almağı planlaşdırırdı. Qızımın 16 yaşı var, məscidin imamı onu toruna salıb. O, əvvəllər ailəli olub və boşanıb. O, mənim yaşımdadır, qızımdan yaşca çox böyükdür, istəyirəm övladım geri qaytarılsın”.

E.Babayevin sözlərinə görə, baş verən hadisədən sonra molla tutduğu vəzifəsindəndə azad edilib. O əlavə edib ki, qızı Göyçaya qaçırıldıqdan sonra telefonla ailəsinə zəng edib və ona orada toy keçiriləcəyini, ailə quracağını deyib.

Qızın ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt