Prezident UFC-nin prezidentini qəbul etdi – FOTOLAR

XƏBƏR XƏTTİ
DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•8 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•8 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.

Mecra.az xəbər verir ki, Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğulayıb və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxunub, onun davamlı olacağına ümidvarlığını bildirib və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd edib.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açılıb, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulanıb, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunulub.

Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olunub, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirilib.







Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt