“Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir” – Hərbi ekspert

Dövlət kimi formalaşa bilməyən Ermənistanın həqiqətən də “Dəmir Yumruq” zərbəsindən sonra bəxti heç gətirmir. “Uğursuzluq Zolağı” ilə “Məğlubiyyət Sindromu” birləşərək Ermənistanı addım addım izləyir, bəzən isə cəzalandırır.

Əvvəllər Rusiya və İrana, sonra isə ABŞ ( demokratlar), Fransa, Hindistan və Suriya hakimiyyətinə arxalanan Ermənistanın güvəndiyi rejimlər bir birinin ardınca böyük problemlərə məruz qalır.

Rusiya Ukrayna bataqlığından 3 ildir ki, çıxa bilmir, Fransa nəzarət etdiyi müstəmləkələrdən təhqiramiz bir şəkildə qovulur, ABŞ-də demokratik partiya hakimiyyətini itirir, Suriya Türkiyənin nəzarətinə keçir, Hindistan Pakistan qarşısında, İran isə İsrail zərbələri qarşısında məğlub olur. Başqa sözlə desək, hansı ölkə Ermənistanla yaxından əməkdaşlıq edirsə, tez ya gec fəlakətlə qarşılaşıb.

Bütün bu sadalananlar arasında fərarilər ölkəsi üçün ən ağır itki İrandakı molla rejiminin hakimiyyətdən getməsi olacaq. Çünki, Qarabağ və Şərqi Zəngəzur azad ediləndən sonra məhz İran həm Ermənistan üçün nəfəslik rolunu oynayırdı, həm Fransa və Hindistan silahlarını əldə etmək üçün logistik mərkəz idi, həm də Zəngəzur dəhlizinin açılmasına qarşı olan yeganə ölkə idi. İndi isə Ermənistanin “təhlükəsizlik yastığı” sıradan çıxır. Belə olan halda Ermənistan Azərbaycan ilə münasibətdə çox ehtiyatlı olmalı, üzərinə götürdüyü öhdəlikləri tam həcmdə və artıqlaması ilə yerinə yetirməlidir.

Dövlət ağlına malik olan ölkələr konkret hakimiyyət nümayəndələrinə deyil, ortaq tarixi, mədəni və dini dəyərlərə malik dost və müttəfiqlərə arxalanır.

Ədalət Verdiyev,

hərbi ekspert

 

 

👁 baxış