Yağış yağacaq, külək əsəcək – Sabahın havası

XƏBƏR XƏTTİ
DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•

Azərbaycanda iyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-10° isti, gündüz 10-15° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt