Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu – Deputatlığa namizəd olubmuş

XƏBƏR XƏTTİ
DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•DİN-dən Zəfər Günü ilə bağlı Videoçarx•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•

Ötən il sevgilisini intim videolarla şantaj edən Sabirabad rayon sakini Məsləhət Zərbəliyevin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, eyni zamanda narkotik vasitlərinin qanunsuz dövriyyəsində ittiham olunan deputatlığa keçmiş namizədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, 38 yaşlı M.Zərbalıbəyli Bakıda yerləşən dövlət xəstəxanalarından birində həkim və şöbə müdiri kimi çalışan G.Nəsirova (şərti) ilə sevgili olub. O, 2022-ci ildən etibarən həmin qadını intim görüntüləri ilə şantaj edərək müxtəlif vaxtlarda ümumilikdə 42 min manata yaxın pul alıb. Məsləhət G.Nəsirova ilə telefonda kobud formada, söyüşlərdən istifadə etməklə danışıb və ona kart hesabı göndərərək pul ödəməsini tələb edib. Əks halda Səbail rayonu Şıxov qəsəbəsindəki istirahət mərkəzində birgə olduqları vaxt lentə alınmış görüntüləri onun ərinə, qardaşına və oğluna göndərəcəyini deyib.

Zərərçəkmiş şəxs qismində tanınmış G.Nəsirova ifadəsində Məsləhətlə aralarında sevgi münasibəti olduğunu bildirib: “Həkim işləyirəm. 2022-ci il tarixdə Məsləhətin bacısı uşağı mənim qəbulumda olarkən onunla tanış olmuşuq və münasibətimiz yaranıb. Təklikdə görüşüb birgə çay içib, çörək yemişik. Ailə üzvlərimin Məsləhətlə olan dostluq münasibətindən xəbəri olmayıb”.

G.Nəsirova sonradan ifadəsini dəyişərək pulları keçmiş sevgilisinə borc kimi verdiyini deyib. Bundan başqa qadının Məsləhətin həbsindən sonra təcridxanaya gedərək onunla görüşməsi və sovqat aparması da müəyyən edilib. O, qarşı tərəfin niyə söyüşlə və kobud şəkildə danışması, pulu niyə tələb etməsi ilə bağlı suala isə, Məsləhətin kobud danışan şəxs olduğunu və bunu normal qarşıladığını, onunla aralarında borc pul məsələsi olması kimi izah edib.

İstintaq həkimin təqsirləndirilən şəxsin hədə-qorxusundan çəkindiyi üçün bu addımları atması qənaətinə gəlib.

İfadə verən şahidlər M.Zərbalıbəylinin müxtəlif qadınlarla tanış olaraq münasibət yaratdığını və daha sonra onları şantaj etdiyini bildirib.

Məhkəmə Məsləhət Zərbalıbəylini Cinayət Məcəlləsinin 182.2 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak ələ keçirmək məqsədilə və təkrar törədildikdə) maddələri ilə təqsirli bilib. Məhkəmənin 30 may tarixli hökmü ilə ona 6 il həbs cəzası verilib.

Qeyd edək ki, M.Zərbalıbəyli 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. O, bir neçə il əvvəl Bakıdakı hotellərdən birində gənc qıza təcavüzdə ittiham edilərək həbs olunub. Həmin cinayət işi üzrə M.Zərbalıbəylinə bəraət verilib və həbsdən azad edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt